22 Dekabr 2017
111

Məktəblilərin Yeni İl Olimpiadası başlayıb

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə, həmçinin velosiped idman növünə marağı artırmaq məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası və "İSMA" Velosiped Zavodunun birgə təşkilatçılığı, Bakı şəhər Təhsil İdarəsi və “IB Klub”un dəstəyi ilə dekabr ayının 21-dən 30-dək Respublika Velotrekində V, VI və VII sinif şagirdləri üçün Yeni İl Olimpiadası keçiriləcək.
Tədbir çərçivəsində məktəblilər Respublika Velotrekində yerləşən Velosiped Muzeyi, "İSMA” velosipedlərinin Sərgi-Satış Mərkəzi, Velosiped Treki, BMX stadionu, idmançıların təlim-məşq şəraitli ilə tanış olacaq, Azərbaycan tarixi və velosiped idmanına aid suallardan tərtib olunmuş bilik yarışında iştirak edəcəklər.
Olimpiadanın son günü, dekabrın 30-da ilkin mərhələlərdə yüksək nəticə göstərmiş şagirdlər final mərhələsində mübarizə aparacaqlar və qaliblərə federasiya tərəfindən diplom, həmçinin "İSMA” zavodunun istehsalı olan velosipedlər hədiyyə ediləcək.