5 Aprel 2018
75

Rusiyanın yeniyetmə BMX velosipedçiləri Bakıdadır

Bu ilin iyununda Bakıda keçiriləcək BMX üzrə dünya çempionatına hazırlaşan Rusiyanın kiçik yaşlı və yeniyetmə velosipedçiləri Bakıdadır. Paytaxtımızda olacaqları 10 gün ərzində onlar dünya çempionatının keçiriləcəyi BMX Trekində məşq etməklə məsul yarışa hazırlaşacaqlar.
 
Qeyd edək ki, iyunun 5-9-da qəbul edəcəyimiz dünya çempionatında bütün yaş qrupları üzrə planetin ən güclüləri müəyyənləşəcək.