7 May 2018
157

Rusiya paytaxtında uğurlu sonluq

Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Moskvanın 5 halqası” (Five Rings of Moscow) veloturuna yekun vurulub. 23 kollektivin mübarizə apardığı yarışın sonuncu, 4-cü mərhələsi Elit yığmamız və “Synergy Baku” kontinental komandamızın üzvü Kiril Pozdnyakovun qələbəsilə başa çatıb.
 
122 km-lik mərhələni 3 saat, 1 dəqiqə, 40 saniyəyə başa vurmaqla hamını qabaqlayan təmsilçimiz, bununla da 4 mərhələnin yekununa əsasən ümumi təsnifatda qalibdən 43 saniyə geri qalmaqla 2-ci yeri tutub. Xatırladaq ki, Pozdnyakov yarışın 1-ci mərhələsində finişi 3-cü keçmişdi.
 
"Synergy Baku" Rusiya paytaxtında Musa Mikayılzadə, Ənvər Asanov, Kiril Pozdnyakov, Kərim Şirəliyev, Samir Cəbrayılov və Telman Vəliyevlə təmsil olunub.