9 Noyabr 2018
60

Cəlilabadda Bayraq Günü qeyd olunub

9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Cəlilabad rayonunda veloyürüş keçirilib. Cəlilabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə baş tutan yürüşdə 100-dən artıq yeniyetmə və gənc iştirak edib.

Cəlilabad rayon İcra Hakimiyyətinin qarşısından start götürən velosipedçilər Heydər Əliyev prospekti ilə hərəkət edərək yürüşü Bayraq Meydanında başa çatdırıblar.