9 Dekabr 2018
236

Sumqayıtda "Sağlam yaşa" veloyürüşü

Respublika Olimpiya Velosiped Məktəbi və "Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Sumqayıtda Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş veloyürüş keçirilib. Tədbirdə 100-ə yaxın peşəkar və həvəskar velosipedçi içtirak edib.

Yerli əhalinin diqqətini sağlam həyat tərzinə yönəltməyi hədəfləmiş velosipedçilər Heydər Əliyev Mərkəzinin qarşısından start götürməklə 15 km məsafə qət edərək yürüşü Nəsimi Parkında yekunlaşdırıblar.