14 Yanvar 2019
205

Azərbaycanda velosiped zolaqları çəkiləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr, 2018-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında “YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏSİZLİYİNƏ DAİR” 2019–2023-cü illər üçün DÖVLƏT PROQRAMI qəbul edilib. Proqramın 7.2.9-cu bəndi “Velosiped zolaqlarının və duracaqlarının yaradılması” haqdadır və bununla bağlı “Əsas İcraçı Qurum” kimi Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi, “Digər İcraçı Qurum” kimi isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları göstərilib.

Bu məsələ ilə bağlı fikir və təkliflərinizi adları çəkilən dövlət qurumlarına, habelə son illər bu istiqamətdə ciddi dəyişikliklərin əldə olunmasına çalışan Azərbaycan Velosiped İdmanı Federasiyasına (press@avif.az) göndərməyinizi Sizdən xahiş edirik.

Velosipedi özünün həyat tərzinə çevirən, velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etmək arzusunda olan vətəndaşlarımızın bu istiqamətdə fikirləri olduqca önəmlidir.