21 Fevral 2019
112

Yığma üzvlərimiz Antalya Turunda

Bu gün Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Antalya” yarışı start götürüb. 4 mərhələdən ibarət veloturda müxtəlif kateqoriyalı 28 komanda mübarizə aparır ki, onların içində yığma üzvlərimizin şərəfini qorudugu Ukraynanın “Lvov” kontinental klubu da var.

Elit yığma komandamızın üzvü Elçin Əsədov və U23 yığmamızın velosipedçisi Mahmud Məmmədov “Lvov” komandasının Antalyada keçirilən təlim-məşq toplanışlarının yekununa əsasən, Antalya Turunda yarışacaq heyətə daxil ediliblər. İştirakçılar bu gün keçirilən 1-ci mərhələdə 141 km məsafə qət edəcəklər. Növbəti 3 gün ərzində isə mərhələlərin uzunluğu müvafiq olaraq 111, 92 və 158 km-dir.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, bu ilin oktyabr ayınadək velosipedçilər iştirak etdikləri beynəlxalq yarışlarda həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları toplayırlar.