2 Mart 2019
123

Gənclərimizdən İranda uğurlu start

Ölkəmizin şosse velosipedi üzrə gənc oğlanlardan ibarət yığma komandası İran İslam Respublikasında keçirilən “Kerman Turu”na uğurla başlayıb. Heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarət millimiz 1-ci mərhələdə komanda ötüşməsində yarışıb.

44 km məsafəni 57 dəqiqə, 18 saniyəyə başa vuran velosipedçilərimiz bu göstərici ilə 2-ci olublar. Qeyd edək ki, 4 günlük yarışda İran, İraq, Oman, İordaniya, Pakistan, Azərbaycan və Əfqanıstandan olan 13 komanda çıxış edir.

Növbəti 3 gün ərzində iştirakçılar müvafiq olaraq 98, 58 və 114 km məsafələrə qrup ötüşməsində mübarizə aparacaqlar.