6 Mart 2019
212

"Velosiped sür, hərəkətə sən də qoşul" layihəsi Yasamal rayonunda

Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası, “Gənc Velosipedçilər” İctimai Birliyi və Əlil Velosipedçilər Klubunun dəstəyi ilə 90 günlük aktivlik kampaniyası çərçivəsində Bakı şəhərində yerləşən ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında "Velosiped sür, hərəkətə sən də qoşul" layihəsi uğurla davam edir.

Velosiped idmanına marağı daha da artırmaq üçün “Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları” mövzusunda seminar-təlimlər çərçivəsində Yasamal rayonu 13, 20, 21, 53, 60, 158, 18 və 167 saylı məktəblərdə şagirdlər arasında təblığat və təşviqat işləri aparılıb.

Layihənin əsas məqsədi 3 ay ərzində 10.000 nəfərə yaxın tələbə, şagird və valideyn arasında təbliğat və təşviqat işləri aparmaqla kütləviliyi artırmaq və velosiped idmanına axını daha da gücləndirməkdir.