2 Aprel 2019
72

Yığmamızın üzvü xatirə turnirinin qalibi oldu

Ölkəmizin şosse velosipedi üzrə Elit yığma komandası və Ukraynanın “Lvov” kontinental komandasının üzvü Elçin Əsədov Odessada Sergey Utoçkinin xatirəsinə təşkil edilən yarışın qalibi olub. Sayca 18-ci dəfə keçirilən yarışda təmsilçimiz finiş xəttini 1-ci keçməklə ardıcıl 2-ci dəfə xatirə turnirinin baş mükafatına layiq görülüb.