3 Aprel 2019
201

"Velosiped sür, hərəkətə sən də qoşul" layihəsi başa çatdı

Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası, “Gənc Velosipedçilər” İctimai Birliyi və Əlil Velosipedçilər Klubunun dəstəyi ilə 90 günlük aktivlik kampaniyası çərçivəsində Bakı şəhərində yerləşən ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında "Velosiped sür, hərəkətə sən də qoşul" layihəsinə yekun vuruldu.

Qeyd edək ki, layihə çərçivəsində “Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları” mövzusunda 3 ay ərzində 10.000 nəfərə yaxın tələbə, şagird və valideyn arasında təbliğat və təşviqat işləri aparılıb.

Tezliklə "İDMAN DƏRSİ - VELOSİPEDLƏ" adlı yeni bir layihəyə start veriləcək.