13 Aprel 2019
105

EYOF-a hazırlaşan idmançımızdan EYOF-a 100 gün qalmış parlaq nəticə

Türkiyənin Giresun şəhərindən xoş xəbər var - burada keçirilən Türkiyə çempionatının 2-ci mərhələsində yeniyetmə qızların 45 km məsafəyə qrup ötüşməsi yığma komandamızın üzvü Lalə Əbdürəhmanovanın solo-finişi və parlaq qələbəsilə başa çatıb.

Qeyd edək ki, iyulda Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalına (EYOF) hazırlaşan yeniyetmə qızlarımız Türkiyə çempionatında Lalə Əbdürəhmanova, Viktoriya Sidorenko, Gülşən İsmayılova və Məleykə İsgəndərovadan ibarət heyətlə çıxış edir. Bu gün iştirakçılar kriterium ötüşməsində mübarizə aparacaqlar.

Məlumat üçün bildirək ki, Türkiyədə çempionatında həmçinin yeniyetmə və gənc oğlanlardan ibarət yığma komandalarımız da çıxış edir.