15 Aprel 2019
127

Velosipedçimiz Hollandiyada yarışıb

Ölkəmizin şosse velosipedi üzrə gənc qızlardan ibarət yığma komandasının üzvü Ayan Xankişiyeva Hollandiyanın Brakel şəhərində keçirilən “Omloop van het Munnikenland” kriteriumunda çıxış edib. 83 velosipedçinin mübarizə apardığı yarışın iştirakçıları arasında gənclərlə yanaşı, U23 və Elit kateqoriyasının təmsilçiləri də olub.

7,5 km-lik marşrut boyunca 6 dövrə vuran velosipedçilərin mübarizəsində Ayan 1 saat, 1 dəqiqə, 57 saniyəyə göstərici ilə finiş xəttini 23-cü keçib və çempiondan 8 saniyə geri qalıb.