17 Aprel 2019
146

Musa Mikayılzadə İsveçrədə yarışıb

Dünya Velosiped Mərkəzində (WCC) təlim keçən şosse velosipedi üzrə U23 yığma komandamızın üzvü Musa Mikayılzadə adı çəkilən Mərkəzin komandasının heyətində növbəti yarışda iştirak edib. Təmsilçimiz İsveçrədə təşkil olunan "L'Enfer du Chablais" turunda mübarizə aparıb.

126 km-lik yarışda start xəttinə ümumilikdə 137 velosipedçi çıxıb ki, onların da 71-i finiş xəttini keçə bilib. Musa Mikayılzadə məsafəni 3 saat, 24 dəqiqə, 22 saniyəyə başa vuraraq 27-ci nəticə göstərib.