25 Aprel 2019
83

Musa Mikayılzadə “Tour de Saône-et-Loire”da çıxış edib

Dünya Velosiped Mərkəzində (WCC) təlim keçən şosse velosipedi üzrə U23 yığma komandamızın üzvü Musa Mikayılzadə adı çəkilən Mərkəzin komandasının heyətində Fransada növbəti yarışda iştirak edib – təmsilçimiz 3 mərhələdən ibarət “Saône-et-Loire” turunda mübarizə aparıb.

Yarışın 1-ci mərhələsində iştirakçılar 25 km məsafəyə komanda ötüşməsində güclərini sınayıblar – velosipedçimizin heyətində yer aldığı Dünya Velosiped Mərkəzinin komandası 20 kollektiv arasında 6-cı olub.

150 km-lik 2-ci mərhələdə Musa Mikayılzadə aralıq dağ finişində hamını qabaqlayıb. Və nəhayət, 154 km-lik sonuncu yarış günündə isə idmançımız mərhələ qalibindən 1 dəqiqə, 35 saniyə geri qalmaqla finiş xəttini 22-ci keçib.