28 May 2019
132

Respublika Günü münasibətilə ROVM-in daxili çempionatı təşkil edilib

28 may – Respublika Günü münasibətilə Respublika Olimpiya Velosiped Məktəbinin daxili çempionatı təşkil olunub. İştirakçılar 200 və 500 metr məsafələrə fərdi ötüşmə yarışında mübarizə aparıblar.

2005-2009-cu il təvəllüdlü oğlanlar arasında 200 metr məsafəyə yürüşdə Mirsaleh İbadov hamını qabaqlayıb. 500 metr məsafəyə yarışda isə Hüseyn Nərimanov 1-ci olub.

17 yaşadək oğlanlar arasında Nikita Sıtov həm 200, həm də 500 metr məsafəni hamıdan tez qət edib. Gənc oğlanlar arasında İbad Abbasov 200, Şahin Eyvazov isə 500 metr məsafəyə mübarizədə çempion olub.

Qızların mübarizəsinə gəlincə, U15 kateqoriyasında Radha Şabanova, U17-də Məleykə İsgəndərova, gənclər arasında isə Elfanə Camalova həm 200, həm də 500 metr məsafəni digərlərindən daha tez qət edib.

Qalib və mükafatçılar Respublika Olimpiya Velosiped Məktəbi tərəfindən təltif edilib.