31 May 2019
165

Velosipedçimiz Belçikada 2-ci oldu

Azərbaycanın gənc qızlardan ibarət yığma komandasının üzvü, Belçikada təlim-məşq toplanışında olan Ayan Xankişiyeva Antverpen şəhər çempionatında iştirak edib. 54 velosipedçinin mübarizə apardığı yarışda təmsilçimiz finiş xəttini 2-ci keçib.

Bu ilin iyulunda Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalına hazırlaşan oğlan və qızlardan ibarət U17 yığma komandalarımızın üzvləri də hazırda Belçikadadırlar. Qarşıdakı bir ay ərzində təmsilçilərimiz həm bu ölkədə, həm də Hollandiya və Fransada təşkil ediləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.

Artıq oğlanlarımız Antverpendə bir yarışda iştirak ediblər - 72 km məsafəyə mübarizədə Mustafa Muxtarlı 6-cı, Nofəl Nuriyev 9-cu, Kamran Mirzəxanov isə 12-ci yeri tutub.