3 Iyun 2019
131

Mahatma Qandinin 150-ci ildönümünə və Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

Hindistan azadlıq hərəkatının lideri və sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü və Ümumdünya Velosiped Günü münasibətiləHindistanın Azərbaycandakı səfirliyinin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində veloyürüş təşkil edilib.

Tədbirdə çıxış edən Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna velosipedin şəhər həyatı üçün önəmli bir nəqliyyat vasitəsi olduğunu və ətraf mühitin qorunmasında böyük önəm daşıdığını bildirib.

Veloyürüşdə Azərbaycan Velosiped İdmanı Federasiyası, Dövlət Təhlükəsizliyi Xidməti Velosiped İdman Klubu və Azərbaycan Əlil Velosipedçilər Klubunun üzvləri, həmçinin Hindistanın ölkəmizdəki səfirliyinin əməkdaşları da daxl olmaqla 80-ə yaxın velosipedçi iştirak edib. Veloyürüş Bakının tarixi məkanı hesab olunan  İçərişəhər Qoşa Qala qapılarından başlamaqla Dənizkənarı Bulvar ərazisində başa çatıb.