25 Iyun 2019
200

Minsk-2019: Fərdi ötüşmə yarışına yekun vuruldu

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında şose velosipedinin fərdi ötüşmə yarışı başa çatıb. Bu növdə Azərbaycan 2 idmançı – Elçin Əsədov və Samir Cəbrayılovla təmsil olunub.

28 km məsafəni hamıdan tez qət edən Belarus idmançısı Vasili Kiriyenka doğma publikaya çempionluq sevinci yaşadıb – 33 dəqiqə, 3 saniyə. Ondan müvafiq olaraq 28 və 37 saniyə geri qalan portuqaliyalı Nelson Oliveyra 2-ci, çexiyalı Yan Barta isə 3-cü olub.

Azərbaycan idmançılarının çıxışlarına gəlincə, Elçin Əsədov fərdi ötüşmə yarışını 29-cu, Samir Cəbrayılov 31-ci yerdə bitirib. Avropa Oyunlarında iştirak edəcək trek velosipedçimiz Sergey Omelçenko isə iyunun 28-də sprint, 30-da isə keyrin növündə mübarizə aparacaq.