8 Avqust 2019
170

Addım-addım Tokioya doğru

Şose velosipedi üzrə Azərbaycan yığma komandası üzvlərinin Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün avqust, sentyabr və oktyabr aylarında bu yarışlarda iştirakı planlaşdırılır:

30-31 avqust / Tour of Almaty (Qazaxıstan)

06 sentyabr / Grand Prix Velo Erciyes (Türkiyə)

07-08 sentyabr / Tour of Central Anatolia (Türkiyə)

20 sentyabr / Grand Prix Erciyes (Türkiyə)

21-22 sentyabr / Tour of Kayseri (Türkiyə)

27-29 sentyabr / Konya Tour of Mevlana (Türkiyə)

02-06 oktyabr / Tour of İran (İran)

12 oktyabr / Fatih Sultan Mehmet Edirne Race (Türkiyə)

13 oktyabr / Fatih Sultan Mehmet Kirklareli Race (Türkiyə)

Qeyd edək ki, bunadək yığma üzvlərimiz müxtəlif yarışlarda 651 lisenziya xalı toplayıblar ki, bu da ölkəmizin Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Olimpiya reytinqində 109 ölkə arasında (UCI-ya 196 milli federasiya daxildir) 47-ci yerdə qərarlaşmasına şərait yaradır. Tokio-2020-də isə reytinqin ilk 50 pilləsində yer alan ölkələrin təmsilçiləri iştirak edəcək.

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-də başa çatacaq.