6 Sentyabr 2019
105

Türkiyədən Tokio-2020 üçün daha 35 xal

Şose velosipedi üzrə kişilərdən ibarət yığma komandamız Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışlarda uğurlu çıxışını davam etdirir. Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli, Xankişi İsgəndərov və Mahmud Məmmədovdan ibarət millimiz Türkiyədə keçirilən birgünlük “Grand Prix Velo Erciyes” turunda növbəti lisenziya xalları əldə edib.

Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yarışında yığma üzvlərimizdən Samir Cəbrayılov 143 km məsafəni 4-cü, Elçin Əsədov isə 5-ci keçib ki, bu da UCI reytinqində aktivimizə daha 35 xal (20+15) əlavə olunması ilə yekunlaşıb.