
10 Sentyabr 2019
111
Azərbaycan para-velosiped üzrə DÇ-də debüt edir
Azərbaycan paralimpiyaçısı ilk dəfə olaraq para-velosiped idman növü üzrə dünya çempionatında iştirak edəcək. Yarış sentyabrın 11-15-də Hollandiyanın Emmen şəhərində keçiriləcək. Dünya çempionatında Azərbaycanı Mehman Ramazanzadə təmsil edəcək.
İdmançımız yarışda iştirak etmək üçün artıq Hollandiyaya yola düşüb. Xatırladaq ki, para-velosiped idman növü ölkəmizdə bir il öncə yaradılıb. Komandanın baş məşqçisi Amid Həsənquliyevdir.
