3 Oktyabr 2019
180

AzVİF-in baş katibi UCI-nın Konqresində iştirak edib

Böyük Britaniyanın Yorkşir şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 188-ci Konqresi keçirilib. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi, UCI-nın Asiya və Yaxın Şərq ölkələri üzrə texniki məsləhətçisi Fərhad Əliyev də iştirak edib.

Dünyanın ali velosiped qurumunun budəfəki Konqresi zamanı qarşıdakı 5 ildə Olimpiya və qeyri-Olimpiya növləri üzrə dünya çempionatlarını qəbul edəcək ölkələr təsdiqlənib, həmçinin Samoa və Maldiv Adaları Velosiped Federasiyaları Beynəlxalq Velosipedçilər İttifaqının üzvlüyünə qəbul edilib. Bununla da UCI-a üzv olan milli federasiyaların sayı 196-ya çatıb.