14 Dekabr 2019
144

AzVİF “Xəzər” Milli Mükafatına layiq görülüb

Sosial Media Mərkəzi və Azərbaycan-Fransa Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə “Xəzər” Milli Mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, dövlət qurumlarının səlahiyyətli nümayəndələri, ictimai xadimlər, media mənsubları iştirak ediblər.
 
Sosial şəbəkələrdə keçirilən sosioloji sorğunun nəticələrinə əsasən seçilən nominantlar arasında Azərbaycan Velosiped İdmanı Federasiyası da var. Mükafat federasiyanın baş katibi Fərhad Əliyevə təqdim edilib. Qeyd edək ki, sosioloji sorğunun keçirilməsində əsas məqsəd, öz uğurlu fəaliyyəti ilə cəmiyyətin inkişafına töhfə verən peşəkarlara stimul verməkdir.