19 Dekabr 2019
188

Məşqçi və idmançımız fəxri ada layiq görülüb

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovun əmri ilə şose velosipedi üzrə yığma komandamızın baş məşqçisi Əbülfəz Məmmədov "Əməkdar Məşqçi", milli komandamızın üzvü, ölkəmizi Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elçin Əsədov isə "Əməkdar İdman Ustası" fəxri adına layiq görülüb.

Məşqçimizi və idmançımızı təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq!