27 Dekabr 2019
196

İdmançı və həkimimiz ilin ən yaxşıları arasında

Gənclər və İdman nazirliyi başa çatmaqda olan ilin ən yaxşılarının adlarını açıqlayıb. Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən tədbirdə təltif edilənlər arasında Azərbaycan Velosiped İdmanı Federasiyasının təmsilçiləri də olub.

Şose velosipedi üzrə yığma komandamızın üzvü, Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Elçin Əsədov "İlin ən yaxşı 10 idmançısı" sırasında yer alıb. Federasiyamızın həkimi Olqa Panina isə 2019-cu ilin "Ən yaxşı həkimi" nominasiyasında mükafata layiq görülüb.

İlin ən yaxşı Olimpiya İdman Komplekslərinin rəhbərlərinə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov təqdim edib.