3 Mart 2020
265

Məşqlər və yarışlar müvəqqəti təxirə salındı

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyası mart ayının 10-dək Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq Gənclər Velosiped Məktəbi də daxil olmaqla bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb.
 
Bundan başqa, martın 7-8-də keçirilməsi nəzərdə tutulan şose velosipedi üzrə Bakı Kubokunun 1-ci mərhələsi də təxirə salınıb. Hazırda Respublika Velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.