27 İyul 2020
174

Velosipedçimiz Ukraynada çempion oldu

Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının və “Bahrain Cycling Academy” kontinental klubunun üzvü, ölkəmizi gələn il Tokio Yay Olimpiya Oyunlarının qrup ötüşməsində təmsil edəcək Elçin Əsədov Ukraynanın Odessa şəhərinin Açıq çempionatının qalibi olub. Velosipedçimiz həm 15 km-lik fərdi ötüşmədə, həm də 90 km-dən ibarət qrup ötüşməsində 1-ci yeri tutmaqla 2 dəfə fəxri kürsün ən yüksək pilləsinə qalxıb.