12 Avqust 2020
152

Yığma komandamızın təlim-məşq toplanışı başlayır

COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejiminin yumşaldılması çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 avqust tarixindən etibarən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verməsi U23 və gənclər yığmamızın üzvlərinin Tovuz rayonuna təlim-məşq toplanışına yollanmasına şərait yaradıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun sonunadək Tovuzda hazırlıq keçəcək yığma üzvlərimizin sentyabrda Türkiyədə keçiriləcək bir neçə bəynəlxalq turnirdə, həmçinin İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır.

Qeyd edək ki, Fransa hökümətinin 2 həftəlik karantin tələbi səbəbindən yığma komandamız avqustun 24-28-də bu ölkədə təşkil ediləcək Avropa çempionatında iştirak edə bilməyəcək.