5 Oktyabr 2020
92

Velosipedçilərimiz qəhrəman Azərbaycan ordusu ilə fəxr edirlər!

Növbəti erməni təxribatına cavab olaraq, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin azad olunması məqsədilə əks-hücuma keçmiş qəhrəman Azərbaycan ordusunun əldə etdiyi ilk uğurlar bütün Azərbaycan xalqı kimi velosipedçilərimiz arasında da böyük ruh yüksəkliyi doğurmuşdur. Bu gün ordumuz lazım olan hər bir şeylə tam həcmdə təmin olunsa da, orduya dəstək aksiyasına qoşulan Azərbaycan Velosiped İdmanı Federasiyası əsgərlərimizə onlara lazım ola biləcək bir sıra texniki avadanlıq, alətlər və s. göndərmişdir.

Qəhrəman Azərbaycan əsgərinə eşq olsun!