7 Oktyabr 2020
78

AZƏRBAYCAN İDMAN İCTİMAİYYƏTİNİN BƏYANATI

Cari ilin iyul ayının 12-dən etibarən ölkəmizin Tovuz rayonu ərazisində dövlət sərhədinə fitnəkar düşmən olan separatçı və işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən başlayan hücumlar fasilərlə davam edərək sentyabr ayının 27-dən etibarən Azərbaycanın işğal olunmuş ərazilərindən işğal altında olmayan yaşayış məntəqələrinin və dinc sakinlərin hədəfə alınması, ağır artilleriya və iri çaplı silahlardan atəşə tutulması ilə  nəticələndi. Buna baxmayaraq, qüdrətli Azərbaycan Ordusunun rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək, hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatlarına idmançılarımız da könüllü olaraq qatılmış və torpaqlarımızın bütovlüyü uğurunda gedən Böyük Vətən müharibəsində yüksək əzmlə savaşırlar. Artıq idmançılarımız arasında əzəli və  ayrılmaz torpağımız olan Qarabağın azad edilməsi üçün canlarından keçərək şəhid olanlar vardır.

Son günlərdə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər 30 ilə yaxın müddət ərzində ölkə ərazisinin Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu əhatə edən 20 faizə yaxın bir hissəsinin işğal olunduğu, 25 min nəfərdən çox  Azərbaycan vətəndaşının həlak olduğu, 1 milyon nəfərdən çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən dondurulması ilə bağlı çıxışlar edirlər. Lakin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı qətnamələrdə Qarabağ ərazisindən işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxması tələb olunur) qəbul olunduğunu, eyni zamanda otuz ilə yaxındır Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticə vermədiyini yada salaraq bildiririk ki, bu münaqişəni dondurmaq əvəzinə yuxarıda qeyd edilən qətnamələrin işğalçı Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz icra olunması üçün çağırış etmək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızı öz doğma torpaqlarına qayıtması üçün bəyanat vermək daha ədalətli olardı.

Biz, aşağıda adları qeyd olunan təşkilatlar Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz dogma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığı haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq!

Bununla bərabər Sizləri bu haqq yolunda dünya ictimaiyyətini, idman qurumlarını düzgün və qərəzsiz məlumatlandırmağa və işğalçı Ermənistan Respublikasının təcavüzünü pisləməyə çağırırıq! 

AZƏRBAYCAN İDMAN İCTİMAİYYƏTİ ADINDAN 

Azərbaycan Milli Olimpiya Komitəsi

Azərbaycan Milli Paralimpiya Komitəsi

Azərbaycan Xüsusi Olimpiya Komitəsi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan İdmançıları İctimai Birliyi

Azərbaycan İdman Könüllüləri İctimai Birliyi

Azərbaycan İdman Jurnalistləri Federasiyası

Azərbaycan Ağır Atletika Federasiyası

Azərbaycan Atçılıq Federasiyası

Azərbaycan Atıcılıq Federasiyası

Azərbaycan Atletika Federasiyası

Azərbaycan Badminton Federasiyası

Azərbaycan Basketbol Federasiyası

Azərbaycan Boks Federasiyası

Azərbaycan Cüdo Federasiyası

Azərbaycan Dağ Xizəyi Federasiyası

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

Azərbaycan Gimnastika Federasiyası

Azərbaycan Güləş Federasiyası

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 

Azərbaycan Həndbol Federasiyası

Azərbaycan Kamandan Oxatma Federasiyası

Azərbaycan Məktəb İdmanları Federasiyası

Azərbaycan Konkisürmə Federasiyası

Azərbaycan Milli Avarçəkmə Federasiyası

Azərbaycan Milli Karate Federasiyası

Azərbaycan Otüstü Hokkey Federasiyası

Azərbaycan Qılıncoynatma Federasiyası

Azərbaycan Qolf Federasiyası

Azərbaycan Reqbi Federasiyası

Azərbaycan Stolüstü Tennis Federasiyası

Azərbaycan Taekvondo Federasiyası

Azərbaycan Tennis Federasiyası

Azərbaycan Triatlon Federasiyası

Azərbaycan Üzgüçülük Federasiyası

Azərbaycan Velosiped İdmanı Federasiyası

Azərbaycan Voleybol Federasiyası

Azərbaycan Yelkənli İdman Federasiyası

Azərbaycan “Vətənin Müdafiəsinə Hazıram” Çoxnövçülüyü Federasiyası

Azərbaycan Aşixara Kaykan Karate Federasiyası

Azərbaycan Avtomobil İdmanı Federasiyası

Azərbaycan Aykido Federasiyası

Azərbaycan Bilyard İdmanı Federasiyası

Azərbaycan Bodibildinq və Fitnes Federasiyası

Azərbaycan Boulinq Federasiyası

Azərbaycan Budo Döyüş Növləri Federasiyası

Azərbaycan Çerlidinq Federasiyası

Azərbaycan Ciu-Citsu Federasiyası

Azərbaycan Coriyo Kunq-Fu Federasiyası

Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası

Azərbaycan Dama Federasiyası

Azərbaycan Ən-ənəvi Karate-Do Federasiyası

Azərbaycan Gözdən Əlillərin Şahmat və Dama Federasiyası

Azərbaycan Hapkido Federasiyası

Azərbaycan İdman Rəqsləri Federasiyası

Azərbaycan Kapoeyra Federasiyası

Azərbaycan Karlar İdmanı Federasiyası

Azərbaycan Kikboksinq Federasiyası

Azərbaycan Kontakt Karate Federasiyası

Azərbaycan Kunq-Fu Federasiyası

Azərbaycan Kyokuşin Karate Federasiyası

Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası

Azərbaycan Milli İdman Növləri Assosiasiyası

Azərbaycan Motosiklet İdmanı Federasiyası

Azərbaycan Muay-Tay Tayboks Federasiyası

Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası

Azərbaycan Peyntbol Federasiyası

Azərbaycan Poverliftinq Federasiyası

Azərbaycan Qalaqapı (Qo) Federasiyası

Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do Federasiyası

Azərbaycan Qol Güləşi Federasiyası

Azərbaycan Şahmat Federasiyası

Azərbaycan Sambo Federasiyası

Azərbaycan Savat və Şaolin Döyüş Sənəti Federasiyası

Azərbaycan Stronqman Federasiyası

Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası

Azərbaycan Şərq Döyüş Növləri  Assosiasiyası

Azərbaycan Pençak Silat Federasiyası

Azərbaycan Şito-Ryu Karate-Do Federasiyası

Azərbaycan Skayraninq Federasiyası

Azərbaycan Şorinciryu Kenkokan Karate-Do Kosiki Karate Federasiyası

Azərbaycan Şotokan Karate-Do Federasiyası

Azərbaycan Sumo Federasiyası

Azərbaycan Turan-Do Federasiyası

Azərbaycan Universal Döyüş Federasiyası

Azərbaycan Uşu Federasiyası

Azərbaycan VKC növləri üzrə Karate Federasiyası

Azərbaycan Vinq Çun döyüş sənəti Federasiyası 

Azərbaycan Peşəkar Boks Federasiyası

Azərbaycan MMA Federasiyası

Azərbaycan, Bakı şəhəri
6 oktyabr 2020-ci il