23 Fevral 2021
40

Rusiya komandasının təlim-məşq toplanışı davam edir

Rusiya Federasiyasının BMX üzrə yığma komandasının Bakıda təlim-məşq toplanışı davam edir. Fevralın 13-dən etibarən paytaxtımızda olan rusiyalı idmançılar BMX Veloparkında hazırlıq prosesi keçirlər.

Bakıya 11 nəfərlik nümayəndə heyəti ilə gələn komanda üzvlərindən aşağı yaş qrupuna aid 5 idmançı daxili yarışlarda iştirak etmək üçün artıq Rusiyaya qayıdıb. Elit katqeoriyalı digər 4 velosipedçi isə fevralın 28-dək Azərbaycanda olacaq.

Qeyd edək ki, Rusiya velosipedçilərini qarşıdakı aylarda Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa və Dünya Kuboku yarışları gözləyir.