8 Mart 2021
109

Həvəskar xanımlar üçün velosiped yarışı keçirilib

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "ArtiShock" agentliyi və "Azeri Home Chef” qrupunun təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Respublika Velotrekində həvəskar qadınlar arasında velosiped yarışı təşkil edilib.

Təşkilatçıların təşəbbüsü ilə velosiped idmanı ilə peşəkar səviyyədə məşğul olan yeniyetmə və gənc qızlar da bayram tədbirində güclərini sınayıblar.

Qaliblər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə təltif edilib və bayram yarışına qatılan heç bir xanım mükafatsız qalmayıb.