12 Mart 2021
137

Vitaliy Qladçenko – 70!

Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) baş məşqçisi Vitaliy Qladçenkonun 70 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin rəhbərliyi və kollektivi yubilyarla görüşüb.

Tədbirdə çıxış edən AzVİF-in baş katibi Fərhad Əliyev, ROEQİUGVM-in direktoru Faiq Qurbanov və Respublika Velotrekinin direktoru Ceyhun Mirzəyev Vitaliy Qladçenkonun ölkəmizdə velosiped idmanının inkişafına verdiyi töhfələrdən danışaraq onu 70 illik yubileyi münasibətilə təbrik ediblər. Qeyd olunub ki, uzun illər yığma komandamızın da baş məşqçisi olan Əməkdar Məşqçi yorulmadan çalışaraq daxili və beynəlxalq yarışlarda uğur qazanan xeyli velosipedçinin yetişməsində böyük pay sahibi olub.

Artıq təqaüdə çıxan Vitaliy Qladçenko öz təcrübəsini bundan sonra da bölüşməyə hazır olduğunu deyib və diqqət və qayğıya görə təşəkkürünü bildirib.