5 Aprel 2021
267

Britaniyalı velosəyyah Respublika Velotrekində olub

Xərçəng xəstəliyi ilə mübarizə aparan britaniyalı velosipedçi Lyuk Qrenfell-Şounun 2020-ci ilin yanvarından 30 ölkəni əhatə edəcək “Bristoldan Pekinə qədər” adlı xeyriyyə məqsədli velosiped səyahəti davam edir. 26 yaşlı velosəyyahın əsas məqsədi xərçəng xəstəliyindən əziyyət çəkən insanlara xəstəliklə mübarizədə inam əldə etməyə kömək olmaqdır.

Azərbaycana Gürcüstan ərazisindən daxil olan Lyuk Qrenfell-Şou bu gün Respublika Velotrekində olub və idmançılarla görüşüb. Velosipedçilərə səfərinin məqsədi barədə məlumat verən səyyah Azərbaycana gələnədək ölkəmiz barədə az məlumatlı olduğunu deyib: “Bakı haqqında daha çox eşitmişdim. Azərbaycanın neft ölkəsi olması və Xəzər sahilində yerləşdiyini bilirdim. Hazırda burada olmaqdan çox məmnunam, ölkənizi və xalqınızın qonaqpərvərliyini çox bəyəndim”.

“Bristoldan Pekinə qədər” layihəsi Avropanın bir sıra aparıcı KİV-nin diqqətini cəlb edib və Lyuk Qrenfell-Şounun səyahəti haqqında sənədli film də lentə alınacaq.