5 May 2021
98

“Məkan məlumatı” mövzusunda seminar keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə Respublika Velotrekində “Məkan məlumatı” mövzusunda seminar keçirilib.

Seminarda iştirak edən Qeydiyyata Alınmış Test Qrupu (QTQ) və Test Qrupuna (TQ) daxil olan idmançıları maraqlandıran suallar cavablandırılıb, onların “Məkan Məlumatı” ilə bağlı vəzifə və öhdəlikləri diqqətə çatdırılıb.