10 May 2021
151

Samir Cəbrayılov Ukraynada 1-ci oldu

Ölkəmizin şose velosipedi üzrə Elit yığma komandasının üzvü Samir Cəbrayılov Açıq Ukrayna Kuboku yarışının 3-cü mərhələsinin qalibi olub. Təmsilçimiz 4 günlük yarışın yekununa əsasən, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pillsinə qalxıb.

136 km-dən ibarət ilk yarış günündə finiş xəttini 8-ci keçən Samir növbəti gün 141 km məsafəni hamıdan tez qət edib (3 saat, 31 dəqiqə, 42 saniyə) və mərhələ qalibi olub. 112 km-lik 3-cü və 20 km-lik 4-cü mərhələlərdə (fərdi ötüşmə) müvafiq olaraq 5-ci və 4-cü nəticə göstərən velosipedçimiz bununla da ümimi təsnifatda bütün rəqibləri üçün əlçatmaz olmaqla 1-ci yerə layiq görülüb.