19 May 2021
87

Ayan Xankişiyeva “GP Osterhas”da iştirak edib

Ölkəmizin şose velosipedi üzrə U23 yığma komandasının üzvü Ayan Xankişiyeva Dünya Velosiped Mərkəzinin (WCC) komandasının heyətində İsveçrədə təşkil olunan “Osterhas” Qran-Prisində iştirak edib. 44 km-lik kriterium yarışında təmsilçimiz 60-a yaxın iştirakçı arasında 16-cı nəticə göstərib.

Qeyd edək ki, yarış zamanı Ayan Xankişiyeva və digər 3 komanda yoldaşının köməkliyi ilə WCC kollektivinin lideri Gran-Prini 5-ci yerdə bitirib.