7 Iyun 2021
312

Şəhid övladına velosiped hədiyyə edilib

Şəmkir rayonunun Morul kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Mətləb Zamanovun ailəsi və övladları ziyarət olunub.

Şəhidimizin bizə əmanət qoyduğu övladı Nemətə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosiped, o cümlədən görüşdə iştirak edən digər təşkilat və şəxslər tərəfindən hədiyyələr verilib.

Ziyarətdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının rəhbərliyi, Xalq artisti Nurəddin Mehdixanlı, vətənpərvər mahnıların müəllifi Cəlal Qurbanov və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bir qrup məzunu iştirak edib.