16 Iyun 2021
399

Yevlaxda velosiped yarışı keçirilib

15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə Yevlax şəhərində velosiped yarışı keçirilib. Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Yarış Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Əvvəlcə həvəskar velosipedçilərin iştirakı ilə veloyürüş olub. Daha sonra keçirilən velosiped yarışında hər biri 3 nəfərdən ibarət 30 komanda qələbə uğrunda mübarizə aparıb. Gərgin keçən yarışda Balçılı komandası birinci, Gənclər Evi komandası ikinci, Qaramanlı komandası üçüncü yerə layiq görülüb.

Əsas məqsədi yeniyetmə və gənclərin sağlam həyat tərzinə marağının və velosiped idmanında kütləviliyinin artırılması olan yarışların qaliblərinə, eləcə də ikinci və üçüncü yerləri tutan idmançılara Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının fəxri fərman və qiymətli hədiyyələri, digər iştirakçılara isə həvəsləndirici diplomlar təqdim edilib. Həvəskarlar arasında olan yürüşdə fərqlənən 10 nəfər hədiyyə və fəxri fərmanla mükafatlandırılıb.