9 İyul 2021
146

YAP Gənclər Birliyi və “Davam” Gənclər Hərəkatının üzvləri Respublika Velotrekində olub

YAP Gənclər Birliyi və “Davam” Gənclər Hərəkatının bir qrup üzvü Respublika Velotrekinin qonağı olub. Əsas məqsədi ölkənin ictimai-siyasi proseslərində fəal rol oynamaq, gənclər və idman siyasətinə yeni və maraqlı layihələrlə töhfə vermək olan gənclər əvvəlcə idmançılar üçün yaradılan şəraitlə, dünyada və Azərbaycanda velosiped idmanının tarixini özündə əks etdirən Velosiped Muzeyi ilə tanış olub, Velotrekdə velosipedçilərimizin məşqini izləyib, həmçinin özlərinin velosiped sürmək bacarıqlarını nümayiş etdiriblər.

Gənclərlə söhbət zamanı Respublika Velotrekinin direktoru Ceyhun Mirzəyev və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov bildiriblər ki, federasiya tərəfindən idmançıların ustalıq səviyyələrinin artırılması, onların beynəlxalq yarışlarda iştirakının təmin olunması üçün mümkün olan hər bir şey edilir və proses bundan sonra da davam edəcək.