23 Avqust 2021
218

Azərbaycan çempionatına yekun vuruldu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2021-ci il üçün təsdiq etdiyi vahid idman təqvim planına əsasən İsmayıllı rayonunda keçirilən şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub. Son yarış günü qrup ötüşməsi üzrə daha 3 kateqoriyada ölkə çempionları müəyyənləşib.

İsveçrədəki Dünya Velosiped Mərkəzinin (WCC) komandasının tərkibində çıxış edən Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Ayan Xankişiyeva 23 yaşadək qızlar arasında 80 km məsafəyə ötüşmədə Azərbaycan çempionu olub. Eyni məsafəyə yarışan gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbindən Nikita Sıtov finiş xəttini birinci keçib.

Kişilərin U23 və Elit yaş kateqoriyasında isə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin velosipedçisi Musa Mikayılzadə 140 km-lik marşrutu hamıdan tez qət edib. Qeyd edək ki, adları çəkilən idmançılar həm də fərdi ötüşmə yarışında Azərbaycan çempionu olmuşdular.

Mükafatlandırma mərasimində İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AzVİF-in baş katibi Fərhad Əliyev, həmçinin Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər. Qalib və mükafatçılar medal və diplomla təltif ediliblər.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndərilib və toplanan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində öz əksini tapacaq.

AZƏRBAYCAN ÇEMPİONATI – QRUP ÖTÜŞMƏSİ

GƏNC OĞLANLAR – 80 KM

1. Nikita Sıtov (ROEQİUGVM)

2. Nofəl Nuriyev (Neftçi İK)

3. Kamran Mirzəxanov (ROEQİUGVM)

U23/ELİT (QADINLAR) – 80 KM

1. Ayan Xankişiyeva (WCC/ROEQİUGVM)

2. Natəvan Vəliyeva (ROEQİUGVM)

U23/ELİT (KİŞİLƏR) – 140 KM

1. Musa Mikayılzadə (Sərhədçi)

2. Samir Cəbrayılov (Neftçi İK)

3. Şahin Eyvazov (ROEQİUGVM)