20 Sentyabr 2021
101

“Kişilər küləyə qarşı”

Respublika Velotrekində “Kişilər küləyə qarşı” devizi altında həvəskarlar arasında velosiped yarışı keçirilib. 2 gün davam edən yarışda 60-a yaxın iştirakçı mübarizə aparıb.

44 günlük Vətən Müharibəsi zamanı ön və arxa cəbhəyə dəstək aksiyaları təşkil edən “Kişilər Klubu”nun təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə keçirilən yarışın ilk günündə iştirakçılar təsnifat yürüşlərində qüvvələrini sınayıblar və ən yaxşı nəticə göstərən 20 velosipedçi növbəti gün final mərhələsində mübarizə aparıb. Tədbirin keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə çalışan həvəskar velosipedçilərin sosiallaşmasına töhvə vermək, həmçinin ölkəmizdə velosipeddən istifadəni təşviq etməkdir.

2 dövrəlik mübarizənin yekununda bütün rəqiblərini qabaqlayan Cavid Əliyev fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Şaiq Vəlizadə 2-ci, Orxan Abdulhəmidov isə 3-cü olub. Qaliblər təşkilatçılar tərəfindən medal, diplom və velosipedlə təltif ediliblər.