23 Sentyabr 2021
103

Sumqayıtda "Ümumdünya avtomobilsiz günü"nə həsr olunmuş veloyürüş keçirilib

"Sağlam Düşüncə" Gənclər Təşkilatının təşkilatçılığı, Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Sumqayıt şəhərində "Velo-şəhər” ekoloji sağlam nəqliyyat vasitəsinin təbliği kampaniyasının açılış tədbiri olan "22 sentyabr - Ümumdünya avtomobilsiz günü"nə həsr olunmuş veloyürüş təşkil edilib. Veloyürüşdə müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının üzvləri də iştirak edib.

"Velo-şəhər” ekoloji sağlam nəqliyyat vasitəsinin təbliği kampaniyası Azərbaycan Gənclər Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi qəbul edilmiş dövlət proqramına əsasən şəhərin ekologiyasının mühafizəsi, eləcə də insanların sağlam həyat tərzi keçirməsinin təbliği və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə əhali arasında uzunmüddətli maarifləndirmə işləri aparmaqdır.