27 Sentyabr 2021
86

27 sentyabr Anım Günüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Bununla əlaqədar olaraq Respublika Velotrekində məşq edən idmançılar və onların məşqçiləri, Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi və Respublika Velotrekinin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yad ediblər.