8 Oktyabr 2021
65

Fərid Qayıbov Azərbaycan Velosiped İdmanı Federasiyasında olub

Oktyabrın 7-də Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub. Velosiped idmanı üzrə yığma komanda üzvləri ilə, eləcə də paravelosipedçilərlə görüşüb, onların problemləri ilə maraqlanıb, məşq proseslərini izləyib.

Fərid Qayıbov Velosiped Federasiyasında və Respublika Velotrekində yaradılmış şəraitlə də maraqlanıb. Federasiyanın nəzdindəki muzeyə baxıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə federasiyanın baş katibi Fərhad Əliyev, yığma komandanın baş məşqçisi Əbülfəz Məmmədov da iştirak edib.