26 Oktyabr 2021
95

Dağ velosipedçilərimiz Türkiyədə uğurla yarışıblar

MTB idmançılarımız Aqşin Bağırlı və Orxan Məmmədov Türkiyənin Kappadokiya bölgəsində təşkil olunan “Red Bull Dawn till Dusk” yarşında çıxış ediblər. 35 km və 4 mərhələdən ibarət olan yarış MTB-nin Downhill, Enduro və Cross Country növlərini əhatə edib.

1, 2 və 4-cü mərhələlərdə 6-cı olan Aqşin Bağırlı 3-cü mərhələni 2-ci yerdə tamamlayıb və 138 iştirakçı arasında 300 xalla 4-cü yeri tutub. Orxan Məmmədov isə 4 mərhələnin yükununda 11-ci nəticə göstərib.

Qeyd edək ki, idmançılarımız Türkiyəyə “2 Təkər” mağazasının sponsorluğu və AzVİF-in dəstəyi ilə yollanıblar.