7 Noyabr 2021
103

8 noyabr – Zəfər Gününə həsr edilmiş veloyürüş keçirilib

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə 8 noyabr – Zəfər Günü münasibətilə Bakıda veloyürüş keçirilib. Yürüşdə Müdafiə Sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, nazirliyin velosiped komandasının üzvləri, eləcə də peşəkar və həvəskar velosipedçiər iştirak ediblər.

Yürüş başlamazdan əvvəl tədbir iştirakçıları Vətən Müharibəsində canlarından keçən Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyaraq şəhidlərimizin xatirəsinə ehtiramlarını bildiriblər. Dövlət himni səsləndirildikdən sonra veloyürüşə start verilib. Müdafiə Sənayesi Nazirliyindən start götürən yürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.