8 Noyabr 2021
106

Yığmamızın baş məşqçisi vəfat edib

Ölkəmizin şose velosipedi üzrə yığma komandasının baş məşqçisi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi Əbülfəz Məmmədov vəfat edib.

Uzun illər yeniyetmə və gənc velosipedçilərlə işləyən, ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanmış xeyli idmançı yetişdirən Əbülfəz Məmmədov 2018-ci ildən etibarən ölkəmizin Elit və U23 yığma komandalarına rəhbərlik etməyə başlayıb. Məhz onun rəhbərliyi altında heyəti Azərbaycan velosiped məktəbinin yetirmələrindən ibarət olan komandamız 2019-cu ildə planetin müxtəlif qitələrində təşkil edilən beynəlxalq yarışlarda uğurla çıxış edərək Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi və kollektivi baş məşqçimizin vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!