3 Dekabr 2021
209

Bakıda inklüziv velosiped yürüşü təşkil olunub

“Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və “ARB Media Qrup”un dəstəyi ilə Bakıda 3 dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr edilmiş inklüziv velosiped yürüşü təşkil edilib.

Yürüşün təşkilində məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltmək, onları para-velosiped idmanına cəlb etməklə cəmiyyətə inteqrasiyasına və psixoloji vəziyyətlərinin bərpasına dəstək vermək, özünəinam hissini artırmaqdır.

Su İdmanı Sarayının qarşısından start götürən yürüşdə müxtəlif velosiped klublarını təmsil edən 20-dən çox velosipedçi iştirak edib. Tədbirin təşkilinə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən dəstək verilib.